Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər AZADLIĞA BURAXILIRLARbackend

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər AZADLIĞA BURAXILIRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə yekun məhkəmə keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən yekun prosesdə qərar qəbul edilərək Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Qərara görə, təqsirləndirilən əcnəbilərin cəzası 2 ildən 6 aya endirilib.

Hökmün icrasından sonra onların deportasiya olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Bu o deməkdir ki, adıçəkilən əcnəbilərin həbs müddəti bu gün başa çatır.

Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər.