2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 748.1 milyon manatlıq xidmət göstərilib.
Editor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, göstərilən xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10.7 faiz artıb.
Xidmətlərin strukturunda mobil telefon rabitəsi üstünlük təşkil edib. Belə ki, ümumi xidmətlərin:
– 868 milyon manatı və ya 31.6 faizi mobil telefon rabitəsinin;
– 455 milyon manatı və ya 16.6 faizi internet xidmətlərinin;
– 435 milyon manatı və ya 15.8 faizi proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərinin;
– 318 milyon manatı və ya 11.6 faizi informasiya xidmətlərinin;
– 672.1 milyon manatı və ya 24.4 faizi digər informasiya və rabitə xidmətlərinin payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətləri 39.4 faiz, internet xidmətləri 21.3 faiz, informasiya xidmətləri 13.4 faiz, mobil telefon rabitəsi xidmətləri 2.4 faiz, digər informasiya və rabitə xidmətləri isə 4.6 faiz artıb.

