Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıbbackend

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb”.

Editor.az xəbər verir ki, bu fikirləri Milli Aviasiya Akademiyasının dosenti Camal Hüseynov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

O bildirib ki, 1991-ci ildən sonra Azərbaycanda iqlim dəyişikliklərinin ilk təsir mexanizmi olan temperaturun artımı müşahidə olunur:

“Son 15 ildə havanın temperaturu 0.9-1.2 dərəcə artıb. Bu dəyişikliklər yağıntıların azalmasına təsir göstərib. Yağıntıların azalmasını müxtəlif sübutlarımız var. Məsələn, Laçın ərazisində 900-1100 metr intervalında, bura Həkəri çayının sahili idi, burada böyük ərazidə, massivlərdə anidən, qısa zaman ərzində meşə massivləri quruyub. Bu, demək olar ki, bütün dağlıq ərazilərdə müşahidə olunur”.