Atlantik okeanında 74 il əvvəl qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıbbackend

Atlantik okeanında 74 il əvvəl qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atlantik okeanında, Puerto-Riko sahilləri yaxınlığında 74 il əvvəl qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb.

Editor.az xəbər verir ki, bu barədə Warner Bros. Discovery şirkəti məlumat yayıb.

Hadisə 11 aprel 1952-ci ildə baş verib. Pan American aviaşirkətinə məxsus Douglas DC-4 tipli təyyarə San-Xuan hava limanından Nyu-Yorka uçuş həyata keçirib. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra mühərriklərdən biri sıradan çıxıb. Bir müddət sonra isə ikinci mühərrikdə də ciddi nasazlıq yaranıb.

Ekipaj təyyarəni suya endirməyə nail olub. Lakin DC-4 bir neçə dəqiqə sonra okeana batıb. ABŞ Sahil Mühafizəsi və Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 12 sərnişin, üç pilot və iki stüardessa xilas edilib. Qəza nəticəsində 52 nəfər həyatını itirib.

Təyyarənin qalıqları bu il iyunun 2-də tədqiqatçılar tərəfindən yüksək dəqiqlikli sonar vasitəsilə aşkarlanıb. Məlumata görə, qəza zamanı iki hissəyə parçalanan təyyarənin qalıqları Atlantik okeanının təxminən 600 metr dərinliyində yerləşir.

Beləliklə, 1952-ci ildə baş vermiş və uzun illər ərzində okeanın dibində qalan aviaqəzanın izləri 74 ildən sonra yenidən üzə çıxarılıb.

//Gülnarə Abasova, Editor.az