“Arzum” həbsdən BURAXILDIbackend

“Arzum” həbsdən BURAXILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer – “Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.

Editor.az  “Report”a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.

Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.