Ukrayna Prezidenti Vladimir Zelenski Çerniqov vilayəti istiqamətindəki vəziyyəti səkkiz korpusun komandirləri ilə müzakirə edib.
Rusiya TASS agentliyinin Rusiya güc strukturlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, görüşdə Çerniqov istiqamətində planlaşdırıldığı iddia edilən əməliyyatlar ətrafında fikir mübadiləsi aparılıb. Həmin mənbə, həmçinin, Ukrayna Silahlı Qüvvələrinin bəzi komandirlərinin şəxsi heyət çatışmazlığı səbəbindən bu planı dəstəkləmədiyini iddia edir.
//Samir Qurbanov Editor.az

