Gürcüstan 102 əcnəbini ölkədən deportasiya edibbackend

Gürcüstan 102 əcnəbini ölkədən deportasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hakimiyyəti son günlər ərzində ölkədə qanunsuz yaşayan 100-dən çox əcnəbini deportasiya edib.

Editor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 102 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilənlər arasında Pakistan, Türkmənistan, Özbəkistan, Hindistan, Azərbaycan, Türkiyə, Rusiya, Tailand, Filippin, Əlcəzair, Misir, İordaniya, Sudan, Livan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrin vətəndaşları yer alıb.

Bildirilir ki, deportasiya olunan şəxslərin hamısı Gürcüstanda qanuni qalma müddətini aşaraq ölkədə qeyri-qanuni şəkildə məskunlaşıb.

Ölkədən çıxarılan əcnəbilərin Gürcüstana girişinə də qadağa qoyulub.

//Gülnarə Abasova, Editor.az