Tramp: “İranla razılaşma üçün artıq səbr göstərməyəcəyəm”backend

Tramp: “İranla razılaşma üçün artıq səbr göstərməyəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump İranla bağlı açıqlamasında bildirib ki, artıq səbr göstərmək niyyətində deyil və Tehran mümkün razılaşmaya gəlməlidir.

Editor.az xəbər verir ki, Trampın sözlərinə görə, Iran tərəfi ilə aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmasa, ABŞ daha sərt addımlar atmağa məcbur qala bilər. O qeyd edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı təhlükəsizlik tələblərində geri çəkilmək fikrində deyil.

ABŞ Prezidenti əlavə edib ki, Tehranla razılaşma əldə olunması hələ də mümkündür, lakin bunun üçün İranın daha çevik mövqe sərgiləməsi vacibdir. Əks halda, prosesin gərginləşməsi ehtimalı artır.

Son açıqlamalar Vaşinqton–Tehran xəttində gərginliyin davam etdiyini və diplomatik kanalların hələ də tam nəticə vermədiyini göstərir.

//Gülnarə Abasova, Editor.az