Kanadanın CM-70 antidron raketi Ukraynaya verilə bilərbackend

Kanadanın CM-70 antidron raketi Ukraynaya verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın North Vector Dynamics (NVD) şirkətinin hazırladığı CM-70 antidron raketi gələcəkdə Ukraynanın istifadəsinə verilə bilər.

Editor.az xəbər verir ki, bu barədə Defense Express nəşri məlumat yayıb.
Məlumata görə, Çexiyanın sənaye-texnologiya holdinqi Czechoslovak Group (CSG) NVD şirkətinə strateji investor kimi qoşulub. Bu əməkdaşlıq şirkətin hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və yeni nəsil hipersəs texnologiyalarının inkişafını sürətləndirməyi hədəfləyir.

Nəşrin qeydinə görə, CSG-nin Ukraynadakı geniş sənaye və logistika imkanları CM-70 raketlərinin gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil ola biləcəyi ehtimalını artırır. Bununla belə, raketin Ukraynaya tədarükü ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb.

CM-70 kiçik ölçülü, yüksək dəqiqlikli antidron raketidir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, raketin uçuş sürəti saatda 1000 kilometrdən çox, təsir radiusu isə təxminən 3,5 kilometrdir. Sistem pilotsuz uçuş aparatlarının nisbətən aşağı xərclə məhv edilməsi üçün nəzərdə tutulub.

//Samir Qurbanov, Editor.az