Tramp Putin və Zelenski ilə danışıqlardan sonra Ukrayna ilə bağlı açıqlama verdibackend

Tramp Putin və Zelenski ilə danışıqlardan sonra Ukrayna ilə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi danışıqlardan sonra Ukraynadakı münaqişə ilə bağlı mühüm açıqlama verib.

“Böyük Yeddilik” (G7) sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Ukrayna ətrafında yaranmış vəziyyətdə müəyyən dəyişikliklər baş verməlidir.
ABŞ lideri münaqişənin gələcək inkişafı ilə bağlı detalları açıqlamasa da, həm Moskva, həm də Kiyevlə təmaslarını davam etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, mövcud vəziyyət uzun müddət bu formada davam edə bilməz və tərəflər arasında müəyyən irəliləyişə ehtiyac var.

Trampın bəyanatı Ukraynadakı müharibənin nizamlanması istiqamətində diplomatik səylərin intensivləşdiyi bir dövrə təsadüf edir. Bununla yanaşı, Ağ Ev hələlik mümkün danışıqların formatı və ya konkret təşəbbüslərlə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, G7 sammiti çərçivəsində Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularından biri olub.

//Samir Qurbanov, Editor.az