Trampdan İranla bağlı ŞOK ETİRAF: “Hər gecə gizli gəmilər göndərirdik”VİDEObackend

Trampdan İranla bağlı ŞOK ETİRAF: “Hər gecə gizli gəmilər göndərirdik”VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp müzakirə olunan sənədlə bağlı mühüm açıqlama verərək, bunun yekun mətn deyil, sadəcə bir anlaşma memorandumu olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, Tramp qarşı tərəf öhdəliklərinə əməl etmədiyi təqdirdə hərbi gücə əl atacaqlarını bəyan edib.

“Əgər xoşuma gəlməyən bir şey olsa, yenidən onların başına bomba yağdırmağa başlayacağıq. Özlərini yaxşı aparmasalar, yenə bombalayacağıq”, – deyə Tramp sərt xəbərdarlıq edib.

Dövlət başçısı öz hakimiyyəti dövründə neft qiymətlərinin kəskin artmasının qarşısını necə aldıqları barədə də sensasion faktlar açıqlayıb:

“Neft ona görə ucuz qalırdı ki, biz hər gecə sizin heç xəbəriniz belə olmayan gəmilər göndərirdik. İki gün əvvəl, üç gün əvvəl, bir ay əvvəl 22 gəmi yola salmışdıq. Orta hesabla hər gecə 15-dən 25-ə qədər gəmi göndərirdik və bundan heç kimin xəbəri yox idi. Donanmamız mükəmməl iş ortaya qoydu, heç kim pərdəarxasında nələr baş verdiyini bilmirdi”.

Tramp qeyd edib ki, məhz bu gizli əməliyyatlar sayəsində qlobal bazarda kəskin bahalaşmanın qarşısı alınıb:

“Bax buna görə də neftin bir barreli 300 dollara qalxmadı, əksinə, 125-150 dollara qədər ucuzlaşdı. İndi isə qiymət 72-73 dollardır, hətta eşitdiyimə görə, hazırda daha da ucuzlaşıb”.