Ukrayna Hərbi Hava Qüvvələri cəbhənin istiqamətlərindən birində F-16 qırıcısının itirildiyini təsdiqləyib.
Editor.az xəbər verir ki, rəsmi məlumata görə, təyyarə döyüş tapşırığını yerinə yetirərkən göyərtədə fövqəladə vəziyyət yaranıb. Pilot vəziyyəti nəzarətdə saxlayaraq təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırdıqdan sonra katapult edib.
Pilotun sağ olduğu, axtarış-xilasetmə qrupu tərəfindən tapılaraq tibbi müayinəyə göndərildiyi bildirilib. İlkin məlumata əsasən, onun həyatı üçün təhlükə yoxdur.
Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb və araşdırma aparılır. Ukrayna tərəfi mülki əhali arasında itki və ya dağıntının qeydə alınmadığını açıqlayıb.
//Samir Qurbanov,Editor.az

