“Sabah” futbol klubu bu axşam UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununu keçirəcək.
Editor.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
25 avqust
Saat 20:45, “Sabah” – “Hapoel Beer-Şeva” (ilk oyun 1:2).

