Kanada ABŞ-a qarşı cavab tarifləri tətbiq etməyə hazırlaşırbackend

Kanada ABŞ-a qarşı cavab tarifləri tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada hökuməti ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinə cavab olaraq qarşı tədbirlər görməyə hazırlaşır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Kanada ABŞ-a qarşı cavab tariflərini bu gün — avqustun 25-də elan edə bilər.

Məlumata görə, bununla bağlı planlar ölkənin maliyyə naziri Fransua-Filip Şampanın və hökumətin daha üç üzvünün gündəliyindədir.

Kanadanın Baş naziri Mark Karni bildirib ki, Ottava ABŞ-a cavab verərkən mütləq “dollar qarşılığında dollar” prinsipindən istifadə etməyə bilər. Onun sözlərinə görə, Kanada öz işçilərini və yerli biznesləri qorumaq məqsədilə daha hədəfli tədbirlərə əl ata bilər.

Karni vurğulayıb ki, Kanada ABŞ-la aparılan danışıqlarda özünə qarşı münasibətin ölkənin guya ABŞ-ın törəmə şirkəti olduğu təsəvvürünü yaratmasına imkan verməyəcək.

//Gülnarə Abasova, Editor.az