İnvestisiya bankiri və iqtisadi ekspert Sergey Fursanın Facebook-da yazdığına görə, qlobal bazarlarda neft qiymətlərinin artması Ukraynanın yanacaq sənayesinə hücumlarının Rusiyaya vurduğu ziyanı kompensasiya edir.
ABŞ-ın İrandakı hərbi əməliyyatı səbəbindən Hörmüz boğazının bağlanması təcavüzkar ölkənin ixrac etdiyi neftin qiymətini rekord səviyyədə saxlamağa davam edir. “Rusiya işğaldan bəri rekord neft gəlirləri əldə edir. Hər şey işləyir və ixrac edir. Qiymətlər isə Tramp sayəsində yüksəkdir”, – deyə onun paylaşımında bildirilir.
Fursa şişirdilmiş gözləntiləri məhdudlaşdırmağa və mümkün olduqda enerji atəşkəsinə çağırır, çünki enerji sektoruna hücumların Ukraynaya təsiri Ukraynanın hücumlarının Rusiya iqtisadiyyatına təsirindən xeyli çoxdur. “Həmçinin, Rusiyada bank böhranı və əmanətlərin dondurulması ilə bağlı vəziyyəti manipulyasiya etməyin mənası yoxdur. Bunların heç biri baş vermir. Və bu, düşmən iqtisadiyyatının yaxşı getdiyi anlamına gəlmir. Xeyr, tam əksinə. Amma problemləri şişirtməməliyik… İndi Tramp sayəsində Rusiya maliyyə resursları toplayır”, – deyə o, yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az

