Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, mayın 9-da “Ölümsüz Alay” yürüşü onlayn keçiriləcək. O, həmçinin Qırmızı Meydanda keçiriləcək “Qələbə Günü” paradının formatında heç bir dəyişiklik olmadığını aydınlaşdırıb. “Paradanın formatı ilə bağlı Müdafiə Nazirliyi iki həftə əvvəl ətraflı açıqlama verib.
O vaxtdan bəri heç nə dəyişməyib”, – deyə Kremlin sözçüsü mətbuat konfransı zamanı bildirib.
Prezidentin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülüb-görülmədiyi soruşulduqda, Peskov təsdiqləyib. “Əlbəttə”.
Xatırladaq ki, 4 mayda Rusiya Müdafiə Nazirliyi Vladimir Putinin qərarı ilə 8-9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edildiyini açıqlayıb. Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Ukrayna ordusu Qırmızı Meydanda keçiriləcək paradı pozmağa cəhd edərsə, Kiyevin mərkəzinə raket zərbəsi endiriləcək. Atəşkəs birtərəfli qaydada elan edilib.
//Samir Qurbanov, Editor.az

