Xarkov vilayətinin Merefa şəhərinə baş verən düşmən hücumu nəticəsində beş nəfər həlak olub, 19 nəfər yaralanıb.
Xarkov Vilayət Prokurorluğunun məlumatına görə, daha 19 nəfər yaralanıb. Şəhərə raket zərbəsi təxminən saat 9:35-də endirilib. İlkin araşdırmalar işğalçı ordu qüvvələrinin “İskəndər” tipli ballistik raketdən istifadə etdiyini müəyyən edib.
Daha əvvəl Xarkov Xüsusi Əməliyyat Qüvvələrinin rəisi Oleq Sinegubov hücum nəticəsində dörd nəfərin öldüyünü və daha 18 nəfərin yaralandığını bildirmişdi.
//Samir Qurbanov, Editor.az

