ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdiribbackend

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Kuba iqtisadiyyatının təxminən 40 faizinə nəzarət etdiyi bildirilən “Grupo de Administracion Empresarial S.A.” (GAESA) holdinqinə qarşı sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marco Rubio məlumat verib.

Məlumata görə, sanksiyalar təşkilatın rəhbəri Anya Guilhermina Lastres Morera, həmçinin Kanadanın “Sherritt International” şirkəti ilə Kuba şirkəti “La Compania General de Niquel” tərəfindən təsis edilən “MOA Nickel S.A.” (MNSA) şirkətini də əhatə edir.

Qeyd olunur ki, məhdudiyyətlər Kubaya qarşı tətbiq edilən birtərəfli sanksiya rejimini əhəmiyyətli dərəcədə sərtləşdirən qərar əsasında qüvvəyə minib.

Bundan əvvəl ABŞ dövlət katibi Marco Rubio Kuba hakimiyyətini Vaşinqtonun düşmən hesab etdiyi ölkələrin kəşfiyyat əməkdaşlarına Kuba ərazisindən istifadə imkanı yaratmaqda ittiham etmişdi. Rubio bildirib ki, ABŞ rəqib dövlətlərin kəşfiyyatçılarını və ya hərbi bazalarını ölkə sərhədlərindən təxminən 90 mil (145 kilometr) məsafədə yerləşdirməsinə imkan verə bilməz.

//Gülnarə Abasova, Editor.az