Mayın 5-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Azərbaycana səfər edəcək. Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Aİ Ali Nümayəndəsinin Bakıya səfərini açıqlayıb.
Səfərin gündəliyinə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar da daxil olmaqla, yüksək səviyyəli ikitərəfli görüşlər daxil olacaq. Səfərin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Kallas hazırda İrəvandadır və bu gün Avropa Siyasi Birliyi Zirvə Toplantısı, 4-5 mayda isə ilk Ermənistan-Aİ sammiti keçiriləcək.
//Samir Qurbanov, Editor.az

