Ermənistan və Polşa hərbi təlim keçirəcəklərbackend

Ermənistan və Polşa hərbi təlim keçirəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Polşa hərbi təlim keçirəcəklər

Ermənistanın müdafiə naziri Suren Papikyan və Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış müdafiə əməkdaşlığı ilə bağlı məsləhətləşmələr aparıblar. Tərəflər Ermənistan və Polşa qoşunlarının iştirak etdiyi hərbi təlimləri müzakirə ediblər.
Kosiniak-Kamış qeyd edib ki, ölkələr müdafiə sənayesində təcrübələrini bölüşmək niyyətindədirlər. Bundan əlavə, tərəflər hərbi təlim sahəsində əməkdaşlıq edəcəklər. “Bugünkü dünyada təhlükəsizlik təkcə hərbi güclə deyil, həm də regionun gələcəyini strateji baxımdan düşünən ölkələr arasında məsuliyyətli tərəfdaşlıq şəbəkəsi və uzunmüddətli əməkdaşlıqla qurulur.” – Vladislav Kosiniak-Kamış deyib.
Polşa müdafiə nazirinin sözlərinə görə, Varşavadakı Ermənistan diplomatik nümayəndəliyində hərbi attaşe ofisinin açılması da planlaşdırılır.