Vaşinqton və Tehran anlaşma əldə ediblər – “Əl-Ərəbiyyə”backend

Vaşinqton və Tehran anlaşma əldə ediblər – “Əl-Ərəbiyyə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Ərəbiyyə” Pakistan rəsmisinə istinadən xəbər verir ki, Vaşinqton və Tehran Hörmüz boğazının tədricən açılması müqabilində İrana qarşı dəniz blokadasını yumşaltmaq”la bağlı anlaşma əldə ediblər”.

Başqa bir mənbə bildirib ki, Amerika və İran tərəfləri arasında əlaqələr heç bir maneə olmadan davam edir. O, həmçinin razılığa gəlmək ehtimalına işarə edib. “Əl-Ərəbiyyə”nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İrandan onun təklifinə “sürətli cavab” tələb edib. Kanalın mənbəyi qeyd edib ki, Tehran bu gündən etibarən cavab verə bilər.

Bu gün “Axios” bir mənbəyə istinadən bildirib ki, Tehran anlaşma memorandumuna cavab verməsə, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Nəşrin qeyd etdiyi kimi, Donald Tramp 15 mayda Çinə səfərinin sonuna qədər diplomatik irəliləyiş əldə etməyə ümid edir. Dünən isə “Axios” mənbələrə istinadən bildirib ki, ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı 14 maddəlik memorandum imzalamağa yaxındırlar.

//Samir Qurbanov, Editor.az