AB-dən kritik texnologiya addımı: ABŞ bulud sistemlərinə məhdudiyyət gündəmdəbackend

AB-dən kritik texnologiya addımı: ABŞ bulud sistemlərinə məhdudiyyət gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi hökumətlərin həssas məlumatların emalı zamanı ABŞ mənşəli bulud sistemlərindən istifadəsini məhdudlaşdırmağı nəzərdən keçirir. Bildirilir ki, bu təşəbbüs qurumun rəqəmsal müstəqillik strategiyasının mühüm hissəsidir.

Editor.az xəbər verir ki, ABŞ-ın CNBC nəşrinin yaydığı məlumata əsasən, Avropa Komissiyası dövlət qurumlarının həssas məlumatların saxlanılması və emalı üçün Avropa mərkəzli rəqəmsal infrastrukturdan istifadəsini təşviq edəcək yeni qaydalar üzərində işləyir.

Qeyd olunur ki, bu plan Avropa Birliyinin texnologiya sahəsində xarici asılılığı azaltmağı hədəfləyən “Texnologiya Müstəqilliyi Paketi” çərçivəsində dəyərləndirilir.

//Gülnarə Abasova, Editor.az