Makronun planı işləmir: Ermənistan üzərindən təzyiq, Azərbaycanın qəti cavabıbackend

Makronun planı işləmir: Ermənistan üzərindən təzyiq, Azərbaycanın qəti cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları şərh edib. A.Hacızadə iddiaların qətiyyətlə rədd edildiyini bildirib: “Fransa naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin istifadəsi qəbuledilməzdir.

Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə  səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik

Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.

Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməməzliyə vuran Fransa nazirinin işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmanın bariz nümunəsidir. Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur”.

A.Hacızadə həmçinin, qeyd edib ki, Fransanın YUNESKO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşması məsələsinə dair çağırışları reallıqların açıq-aşkar təhrif edilməsidir: “Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. YUNESKO-nun özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Fransa nazirinin bu kimi açıqlamaları bölgədə dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmir”, deyə XİN rəsmisi vurğulayıb.

Baron emphasizes importance of EU monitoring mission amid tension on  Armenian-Azerbaijani border | MAMUL.am - News from Armenia, Artsakh  (Nagorno-Karabakh) and the world

Deputat Tural Gəncəliyev Musavat.com-a bildirib ki, nazirin bəyanatı bir daha Fransanın Cənubi Qafqazda, xüsusilə böyük Xəzər hövzəsi və Avrasiyada ölkəmizin artan nüfuzunu, gücünü həzm edə bilmədiyindən xəbər verir. Deputatın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət dinamikanın yaranmasına baxmayaraq, bir müddət əvvəl guya məmnunluq bəyan edilsə də, ölkənin əsas diplomatının anti-Azərbaycan bəyanatı hələ də Fransanın Cənubi Qafqaz, Azərbaycanla bağlı siyasətinin alt qatlarda anti-Azərbaycan, hətta anti-türk xarakteri daşıdığını göstərir: “Ümumiyyətlə, Fransa son zamanlar təkcə bizim regionla deyil, qonşu dövlətlərlə bağlı regional balansı dağıtmağa çalışan siyasət aparmağa çalışır. Məlum olduğu kimi, Fransanın Hindistandan başlamış, yunan Kipri, Yunanıstan, İsrail ilə birgə Şərqi Aralıq dənizi hövzəsində Türkiyəyə qarşı müttəfiqlik oxu formalaşmaqdadır. Fransa Avropa İttifaqında özünü hələ də lider ölkə kimi təqdim etməyə, müxtəlif regionlara nüfuz etməyə çalışır. Güclü Türkiyənin güclü Azərbaycan müttəfiqinin olması Fransanı narahat edir. Ona görə də belə siyasət aparır”.

Tural Gəncəliyevin “erməni dili” TƏŞƏBBÜSÜ: “O əldəqayırma deputat gedib  işi ilə məşğul olsun” - Sərt REAKSİYA - Yeni Çağ

Deputat qeyd edib ki, Fransanın yeganə ən böyük aviadaşıyıcı gəmisi olan “Şarl de Qol”un yunan Kiprinə gələrək orada qalması, guya Aralıq dənizində İrana qarşı “güc nümayişi” adı altında daha çox Türkiyəni təhdid etməsi, daha sonra Hindistan, İsrail və Yunanıstanla birgə müttəfiqlik quraraq yunan Kiprini Türkiyəyə qarşı hərbi platformaya çevirməsi çox narahatedicisidir: “Məlum olduğu kimi, yunan Kiprində Türkiyəyə qarşı güclü qoşun toplanır. Fransa da bu prosesdə böyük rol oynayır. Fransanın F-16-ları, hətta İsraildən F-35, nüvə daşıya bilən təyyarələrin militarizasiya prosesində iştirak etməsi çox təhlükəli məqamlardan xəbər verir”.

T.Gəncəliyevin fikrincə, Fransanın Cənubi Qafqazda reallıqları, müsbət mənada dəyişən balansı qəbul etməməsi onun Azərbaycana qarşı ritorikasının olduğunu göstərir:

“Azərbaycana qarşı hazırda heç nə edə bilməsə də, Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində Fransa Prezidenti Emmanuel Makronun həddən artıq canfəşanlıq etməsi, Ermənistan baş naziri Nikol Paşinyanla yaxın münasibətdə olmasını göstərməsi, birgə “konsert tədbiri” təşkil etməsi onun erməni ictimaiyyətimin sevgisini qazanmaq üçün əlindən gələni etdiyini göstərir. Fransa Cənubi Qafqazda destruktiv siyasətini Ermənistan üzərindən həyata keçirməyə çalışır. Ancaq Ermənistan anlayır ki, Fransanın şıltaqlıqlarına meydan versə, bu, təhlükəli ola bilər. Türkiyə, Azərbaycan kimi böyük güclərin əhatəsində olan Ermənistan tarixdən dərsini almış olmalıdır. Ermənistanın destruktiv Fransanın yersiz təşviqinə getməyi məsləhət görülmür. Paşinyan sammitdən seçki kampaniyası üçün istifadə edib. Avropa liderlərini yaxın dostu kimi göstərməyə çalışır, ancaq Jan Noel Bronun son bəyanatı göstərir ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti heç də yaxşı olmaya bilər. Ona görə də nə qədər ki, güclü Azərbaycan, güclü Türkiyə var, Fransanın regional siyasətdə imkanları məhduddur. Şərqi Aralıq hövzəsində isə Fransanın Türkiyəyə qarşı aqressiv, hərbi-militarist siyasəti açıq təhdiddir. Şərqi Aralıq dənizi Azərbaycan və Türkiyə üçün önəmli bölgədir. Biz hər zaman Fransanın aqressiv siyasətini nəzarətdə saxlamalı, bizə qarşı istifadə etməsinə imkan verməməliyik”.

Müsavat.com