Rusiya PUA-ları Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsinə zərbə endirdibackend

Rusiya PUA-ları Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsinə zərbə endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Odessa vilayətində, Moldova sərhədinə yaxın Starokozache keçid məntəqəsinə pilotsuz uçuş aparatları ilə hücum edilib.

Editor.az xəbər verir ki, Reuters-in yaydığı məlumata görə, hücum nəticəsində iki mülki şəxs ölüb, üç nəfər yaralanıb. Zərbədən sonra ərazidə sərnişin və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Keçid məntəqəsi Ukraynanın Avropa istiqamətində quru nəqliyyatı üçün mühüm marşrutlardan biridir. Qara dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Ukraynanın Avropa ilə ticarət əlaqələrində quru yollarının əhəmiyyəti daha da artıb.

Ukrayna rəsmiləri son hücumları Rusiyanın logistika və ticarət marşrutlarına təzyiq göstərmək strategiyasının bir hissəsi kimi qiymətləndirirlər. Moldova tərəfi isə son dövrdə ölkənin hava məkanında pilotsuz aparatlarla bağlı insidentlərin artdığını bildirir.

//Samir Qurbanov, Editor.az