Yaponiya Cümə günü səhər saatlarında H3 raket-daşıyıcısını bərk yanacaqlı sürətləndiricilər olmadan sınaq konfiqurasiyasında uğurla kosmosa buraxıb.
Editor.az xəbər verir ki, Buraxılış ölkənin Kaqoşima prefekturasında yerləşən Taneqaşima kosmodromundan həyata keçirilib.
Məlumata görə, raket Günəşlə sinxron orbitə ölçü-kütlə maketi olan VEP-5 yükünü, həmçinin Yaponiya və Fransaya məxsus altı kiçik peyki çıxarmaq üçün istifadə olunub.
Bu buraxılışın əsas xüsusiyyəti ondan ibarətdir ki, raketdə bərk yanacaqlı sürətləndiricilərdən istifadə edilməyib. Bunun əvəzində standart iki maye yanacaqlı əsas mühərrik yerinə üç mühərrik quraşdırılıb və sistemin yeni konfiqurasiyası sınaqdan keçirilib.
Xəbərdə həmçinin qeyd olunur ki, bundan əvvəl ABŞ-ın Florida ştatında yerləşən kosmodrom infrastrukturu ağır New Glenn raketinin sınaqları zamanı baş verən partlayış nəticəsində ciddi zərər görmüşdü. Hadisə mayın 28-də qeydə alınmış və raketi hazırlayan şirkət insidenti “anomaliya” kimi qiymətləndirmişdi.
//Gülnarə Abasova, Editor.az


