Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarında altıncı bölmənin açılmasına razılıq verdi – KİVbackend

Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarında altıncı bölmənin açılmasına razılıq verdi – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarında irəliləyişə razılıq verib.

Yerli KİV-in məlumatına görə, Budapeşt uzun müddətdir blokladığı danışıqların altıncı bölməsinin açılmasına etirazını geri götürüb.

RMF24-ün xəbərinə əsasən, söhbət Aİ-nin xarici əlaqələr, ümumi xarici və təhlükəsizlik siyasətini əhatə edən altıncı danışıqlar bölməsindən gedir.
Bununla belə, Macarıstan Ukraynanın üzvlük prosesi üzrə bütün maneələri aradan qaldırmayıb. Məlumata görə, digər danışıq bölmələrinin açılması məsələsində Budapeştin mövqeyi hələlik dəyişməyib.

Qeyd edək ki, Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir sıra mərhələləri indiyədək Macarıstanın etirazı səbəbindən ləngiyirdi.

//Samir Qurbanov, Editor.az