Ukrayna Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə işğal altındakı Krıma qarşı hərbi təzyiqləri artırıb.
Bu barədə The New York Times nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Krım Rusiya prezidenti Vladimir Putin və Kremlin siyasi kursu üçün xüsusi simvolik əhəmiyyət daşıyır.
Bu səbəbdən Kiyev yarımadada mümkün qədər ciddi itkilər yaratmaqla Moskvanı atəşkəs və sülh danışıqlarına razı salmağa çalışır.
The New York Times bu yanaşmanı Ukraynanın Rusiyanı müharibəyə son qoymağa məcbur etməyə yönəlmiş strategiyasının bir hissəsi kimi qiymətləndirir.
//Samir Qurbanov, Editor.az

