Zelenski: Ukrayna yaxın perspektivdə yüksək texnologiyalı silah istehsalında Rusiyanı geridə qoya bilərbackend

Zelenski: Ukrayna yaxın perspektivdə yüksək texnologiyalı silah istehsalında Rusiyanı geridə qoya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə sənayesinin yüksək texnologiyalı silah istehsalını uzunmüddətli perspektivdə Rusiyanın imkanlarını üstələyə biləcək səviyyəyə çatdığını bildirib.

Zelenski Ali Baş Komandanlığın Qərargahının iclasından sonra verdiyi açıqlamada qeyd edib ki, Ukrayna müasir silah sistemləri, xüsusilə də pilotsuz uçuş aparatları və digər innovativ hərbi texnologiyaların istehsalını sürətlə artırır.

Onun sözlərinə görə, müdafiə sənayesinin gücləndirilməsi və yerli istehsalın genişləndirilməsi ölkənin əsas strateji prioritetlərindən biridir. Zelenski vurğulayıb ki, bu istiqamətdə həyata keçirilən tədbirlər yaxın perspektivdə Ukraynanın yüksək texnologiyalı silah istehsalı sahəsində Rusiyanı geridə qoymasına imkan verə bilər.

//Samir Qurbanov, Editor.az