Reuters: Rusiya aviasiya yanacağı böhranı fonunda Yaponiya mənşəli yanacaq idxal edəcəkbackend

Reuters: Rusiya aviasiya yanacağı böhranı fonunda Yaponiya mənşəli yanacaq idxal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya aviasiya yanacağı çatışmazlığını aradan qaldırmaq məqsədilə Yaponiya mənşəli aviasiya yanacağının ilk partiyasını idxal etməyə hazırlaşır.

Bu barədə Reuters agentliyi vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanacaq Şimali Asiya bazarından tədarük olunacaq. Bu addım Rusiyada aviasiya yanacağı bazarında yaranmış çatışmazlıq və daxili təchizat problemləri fonunda atılır.

Reuters qeyd edir ki, Rusiya uzun illər ərzində aviasiya yanacağının ixracatçısı kimi çıxış etsə də, son dövrlərdə yaranan istehsal və logistika problemləri ölkəni idxala üz tutmağa məcbur edib.

//Samir Qurbanov, Editor.az