Azərbaycan Prezidenti: “Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”backend

Azərbaycan Prezidenti: “Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Azərbaycan torpaqlarında misli görünməmiş vandallıq aktları törədib”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.

“Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ərazilərimizi işğaldan azad etdik, torpaqlarımıza qayıtdıq”, – dövlət başçısı bildirib.