Göygöl rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə rayonun Pənahlılar kəndi ərazisində qeydə alınıb.
Belə ki, 13 yaşlı Hüseynov Ömər Tural oğlu kənd ərazisində mal-qara otaran zaman ehtiyatsızlıqdan körpünün üstündən çaya düşüb.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
//Report

