9 mayda Ukrayna dronları Qızıl meydanı vura bilərbackend

9 mayda Ukrayna dronları Qızıl meydanı vura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya uzun illərdən sonra ilk dəfə olaraq 9 may paradını hərbi texnikanın iştirakını olmadan keçirəcək. Ukrayna Prezidenti Vladimir Zelenski bunu 4 mayda İrəvanda keçirilən VIII Avropa Siyasi Birliyi Sammitinin açılışında elan edib. “Rusiya 9 mayda parad elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər doğrudursa, bu, uzun illər ərzində ilk dəfə olacaq ki, parada silah çıxara bilmirlər. Çünki Ukrayna dronları da bu paradda uça bilər”, – deyə prezident bildirib.

Onun sözlərinə görə, bu, rusların artıq əvvəlki qədər güclü olmadığını göstərir. Prezident həmçinin əlavə edib ki, bu “yay” Rusiya Prezidenti Vladimir Putinin bundan sonra nə edəcəyinə qərar verəcəyi an olacaq. “Bu müharibəni genişləndirəcək, yoxsa diplomatik vasitələrə müraciət edəcək?” – Zelenski bəyan edib.

//Samir Qurbanov, Editor.az