Rusiyada “Sarmat” raketlərinin istehsal olunduğu zavodun direktoru saxlanılıbbackend

Rusiyada “Sarmat” raketlərinin istehsal olunduğu zavodun direktoru saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnoyarsk şəhərində aprelin sonunda strateji əhəmiyyətli “Krasmaş” müəssisəsinin baş direktoru Aleksandr Gavrilov saxlanılıb.

İstintaq orqanlarının məlumatına görə, o, vəsaitlərin mənimsənilməsi və rüşvət almaqda şübhəli bilinir. Mənbələrin The Moscow Times nəşrinə verdiyi məlumata əsasən, söhbət təxminən 3 milyon rubl məbləğində mümkün rüşvətdən gedir.
Qeyd edək ki, “Krasmaş” müəssisəsi Rusiyanın strateji silah proqramı çərçivəsində, o cümlədən “Sarmat” tipli qitələrarası ballistik raketlərin istehsalı ilə məşğuldur.

//Samir Qurbanov, Editor.az