Amerikanın Texas ştatının Amarillo şəhərində polis iki yeniyetmənin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən atışmada şübhəli bilinənləri axtarır.
“Associated Press” agentliyinin 3 may tarixli məlumatına görə, atışma mayın 3-də təxminən saat 02:00-da şəhərin mənzil komplekslərindən birində baş verib. Polisin məlumatına görə, iki şübhəli ziyafətdə insanlara atəş açıb. 16 və 17 yaşlı iki yeniyetmə öldürülüb. Hüquq-mühafizə orqanları hücum edənlərin evə atəş açdığını, ardınca qışqırıqlar və daha çox silah səsləri eşitdiyini göstərən müşahidə videosunu yayımlayıb.
Müstəntiqlər şübhəlilərin hadisə yeri ilə əlaqəli olduqlarını və ziyafət iştirakçılarından biri ilə tanış olduqlarını müəyyən ediblər. Hücumun səbəbləri barədə təfərrüatlar açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

