Həkim açıq havada işləməyin sağlamlıq riskləri barədə xəbərdarlıq edibbackend

Həkim açıq havada işləməyin sağlamlıq riskləri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kardioloq Branislav Bogunovic İzvestiya nəşrinə verdiyi müsahibədə əlverişsiz hava şəraitində açıq havada işləməyin və intensiv fiziki fəaliyyətin, xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə insult riskini artıra biləcəyini bildirib.

Editor.az xəbər verir ki, mütəxəssis uzun müddət isti havaya məruz qalmağın susuzlaşmaya (dehidrasiya) səbəb olduğunu qeyd edib. Bunun nəticəsində hipertoniyadan əziyyət çəkən şəxslərdə hipertenziv kriz baş verə bilər, eləcə də yaşlılar da daxil olmaqla bəzi insanlarda arterial təzyiqin enməsi müşahidə oluna bilər.

Həkimin sözlərinə görə, ağır fiziki əmək, adətən, arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır: “Fiziki gərginlik zamanı əzələlərin yığılması qan damarlarının daralmasına səbəb olur və nəticədə təzyiq artır”.

Onun fikrincə, bu cür dəyişikliklər müvəqqəti xarakter daşıya bilər. Lakin zamanla xroniki xəstəliklərin yaranmasına zəmin yarada bilər. Bundan əlavə, soyuq hava da isti hava kimi arterial təzyiqi yüksəldə bilər ki, bu da insult üçün mühüm risk faktorudur.

Kardioloq vurğulayıb ki, insultun ilk əlamətlərindən biri çox vaxt huşun itirilməsi olur. Həmçinin insan deyilənləri anlamaqda çətinlik çəkə bilər, nitqi anlaşılmaz hala gələ bilər və qeyri-adekvat davranışlar sərgiləyə bilər. Qol və ya ayaqda qəfil zəiflik, üz əzələlərinin keyiməsi, ayaq üstə dura bilməmək və ya hərəkət məhdudluğu da ciddi problemin əlamətləri hesab olunur.

// Gülnarə Abasova, Editor.az