4 mayda ABŞ ordusu Hörmüz boğazında regiondakı münaqişə səbəbindən ilişib qalmış gəmiləri müşayiət etmək üçün “Azadlıq Layihəsi” əməliyyatına başlayacaq.
ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, bir çox ölkə boğazda ticarət gəmilərinin blokadasından narahatdır. “Nümayəndələrimə gəmilərinin və heyətlərinin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün hər cür səy göstərəcəyimizi bildirmələrini tapşırmışam. Onlar ərazi gəmiçilik üçün təhlükəsiz olana qədər heç bir halda geri qayıtmayacaqlarını bildiriblər.” – Donald Tramp deyib.
O, “Azadlıq Layihəsi” adlandırılan əməliyyatın Yaxın Şərqdə yerli vaxtla 4 may səhəri başlayacağını aydınlaşdırıb. Amerika liderinin sözlərinə görə, bu əməliyyat humanitar xarakter daşıyır. “Bu, ABŞ, Yaxın Şərq və xüsusilə İran tərəfindən humanitar jestdir. Bu gəmilərin çoxunda ərzaq və digər təchizatlar tükənir.” – Donald Tramp deyib. ABŞ Prezidenti əməliyyata hər hansı müdaxilənin güclə qarşılanacağı barədə xəbərdarlıq edib.
//Samir Qurbanov, Editor.az

