BƏƏ XİN: İranın hücumlarına cavab vermək hüququmuzu saxlayırıqbackend

BƏƏ XİN: İranın hücumlarına cavab vermək hüququmuzu saxlayırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi İranın ölkədə mülki obyektlərə yönəlmiş yenidən başlayan hücumlarını qətiyyətlə pislədiyini və buna cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Editor.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Rəsmi açıqlamada qeyd olunur: “BƏƏ İranın raketlər və pilotsuz uçuş aparatları vasitəsilə mülki obyektləri və infrastrukturu hədəf alan yeni terror hücumlarını qətiyyətlə pisləyir”. Bildirilir ki, hücumlar nəticəsində 3 Hindistan vətəndaşı yaralanıb.

Nazirlik vurğulayıb ki, İranın bu addımı BƏƏ-nin təhlükəsizliyinə, sabitliyinə və ərazi bütövlüyünə qarşı təhlükəli eskalasiya, qəbuledilməz pozuntu və birbaşa təhdid hesab olunur.

BƏƏ rəhbərliyi heç bir halda ölkənin təhlükəsizliyinə yönəlmiş hücumlara dözümlülük göstərməyəcəyini və bu cür hücumlara cavab vermək hüququnu özündə saxladığını bir daha bəyan edib.

//Gülnarə Abasova, Editor.az