2026-cı ilin aprel ayında Rusiya qoşunları 2024-cü ilin avqustunda Kursk bölgəsində Ukrayna əməliyyatından bəri ilk dəfə Ukrayna cəbhəsində xalis ərazi itkisi yaşayıb.
Bu barədə Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) 2 may tarixli hesabatında bildirilib. Analitiklərin fikrincə, aprel ayında Rusiya qoşunları təxminən 116 kvadrat kilometr əraziyə nəzarəti itirib. Lakin bu məlumatlara Rusiya bölmələrinin yalnız nüfuz edə bildiyi, lakin tam nəzarəti bərqərar etmədiyi ərazilər daxil deyil.
ISW qeyd edir ki, Rusiya ordusunun irəliləmə tempi 2025-ci ilin noyabr ayından bəri durmadan azalır. Bunun səbəbləri arasında Ukraynanın aktiv əks-hücumları, orta mənzilli zərbələr, Rusiyanın Ukraynada Starlink terminallarından istifadəsinə qoyulan məhdudiyyətlər və Kremlin Telegram-a qoyduğu məhdudiyyətlər səbəbindən daha da ağırlaşan daxili problemlər var. Ümumilikdə, 2025-ci ilin noyabrından 2026-cı ilin aprelinə qədər Rusiya təxminən 1443 km² ərazini ələ keçirib ki, bu da bir il əvvəlki eyni dövrdəki 2368 km²-dən xeyli azdır.
//Samir Qurbanov, Editor.az

