Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan bir neçə hava hədəfinin qarşısını alıb.
Oxu.Az xəbər verir ki, bu barədə ərəb dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, havada zərərsizləşdirilən obyektlər arasında 12 ballistik raket, üç qanadlı raket və dörd pilotsuz uçuş aparatı (PUA) olub. Nazirliyin məlumatına görə, HHM sistemləri bütün hədəfləri uğurla məhv edərək mümkün təhlükəni dəf edib.

