Avstriya Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşını casusluq şübhəsi ilə ölkədən çıxarıbbackend

Avstriya Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşını casusluq şübhəsi ilə ölkədən çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya hökuməti Rusiyanın Vyana şəhərində yerləşən səfirliyinin üç əməkdaşını casusluq fəaliyyəti şübhəsi ilə ölkədən çıxarıb.

Rəsmi məlumata görə, qərar aparılan istintaqın nəticələrinə əsasən qəbul olunub. Araşdırma zamanı diplomatik nümayəndəliyin ərazisində məlumatların ələ keçirilməsi məqsədilə istifadə olunduğu ehtimal edilən iri həcmli texniki avadanlıq aşkar edilib.
Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger bəyan edib ki, diplomatik statusdan kəşfiyyat məqsədləri üçün istifadə edilməsi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır və bu cür hallara qarşı qəti tədbirlər görüləcək.

//Samir Qurbanov, Editor.az