Ədalətli sülh yalnız Rusiyanın tam məğlubiyyəti halında mümkündür, lakin belə bir tam məğlubiyyətin perspektivləri görünmür.
Ukrayna Katolik Universitetinin professoru, tarixçi və ictimai ziyalı Yaroslav Qritsak bunu “Ukrainska Pravda”ya verdiyi müsahibədə bildirib. Tarixi təcrübəyə əsaslanaraq Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün mümkün olub-olmadığı ilə bağlı suala cavab olaraq o, deyib: “Düşünürəm ki, yox. Ədalətli sülh yalnız Rusiyanın tam məğlubiyyəti ilə mümkündür.”
Professor əlavə edib ki, “Nə qədər istəsəm də, belə bir tam məğlubiyyətin perspektivini görmürəm. Məsələn, Putin yox olarsa və ya Rusiya rejimi çökərsə, onun yerinə gələnlərin də Krımdan imtina edəcəyini düşünmürəm. Və bu, artıq müharibənin bir elementidir, hələ Donbası demirəm.”
//Samir Qurbanov, Editor.az

