İngiltərədən olan könüllülər ABŞ-da təcrübələrdə istifadə olunan 1500 iti xilas ediblərbackend

İngiltərədən olan könüllülər ABŞ-da təcrübələrdə istifadə olunan 1500 iti xilas ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Viskonsin ştatında yerləşən bir tədqiqat mərkəzindən üzərində eksperimentlər aparılan 1500 beagle cinsli it xilas edilib.

Editor.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Məlumata görə, Big Dog Ranch Rescue və Center for Humane Economy təşkilatları Ridglan Farms ilə açıqlanmayan məbləğ qarşılığında 1500 itin satın alınmasına dair məxfi razılaşma imzalayıblar. Satışın konkret məbləği açıqlanmayıb.

Qeyd olunur ki, sözügedən təsərrüfat əsasən elmi tədqiqatlar üçün heyvan yetişdirən və mənfi reputasiyaya malik müəssisə kimi tanınır. Mütəxəssislərin sözlərinə görə, beagle cinsli itlər sakit və itaətkar xarakterlərinə görə digər cinslərlə müqayisədə daha çox təcrübələrdə istifadə olunur.

Aprel ayında təxminən 1000 aktivist Dane County bölgəsinin Blue Mounds ərazisində yerləşən Ridglan Farms təsərrüfatına toplaşaraq tədqiqat mərkəzindən itlərin geri alınmasını tələb ediblər.

Etiraz aksiyası zamanı aktivistlərlə polis arasında toqquşmalar baş verib. Polis əməkdaşları gözyaşardıcı qazdan, plastik güllələrdən və bibər qazından istifadə ediblər. Rəsmi məlumata görə, 29 nəfər saxlanılıb, onlardan 5-i icazəsiz əraziyə daxil olmaqda ittiham olunub. Aktivistlər isə polis tərəfindən onlara qarşı həddindən artıq güc tətbiq edildiyini iddia edərək kollektiv məhkəmə iddiası qaldırıblar.

// Gülnarə Abasova, Editor.az