Şotlandiyalı hərbçilər Estoniya ərazisində NATO qüvvələrinin yerləşdirilməsi çərçivəsində qarşıdakı missiyaya hazırlaşırlar.
Şotlandiyanın Kral alayının 2-ci batalyonuna məxsus bölmələr
NATO-nun genişmiqyaslı Spring Storm təlimlərində iştirak etmək məqsədilə ön xəttə göndərilir. Məlumatı Sky News yayıb.
Bildirilir ki, britaniyalı hərbçilər Şimali İngiltərədə keçirilən intensiv Black Cyclone təlimləri çərçivəsində bir neçə həftə ərzində sərt iqlim və mürəkkəb relyef şəraitində hazırlıq keçiblər. Təlimlərin əsas məqsədi Rusiya sərhədinə yaxın ərazilərdə ehtimal olunan əməliyyat şəraitinə uyğunlaşmanı təmin etmək olub.
Təlim ssenarilərinə döyüş atışları, Chinook tipli helikopterlərdən desant əməliyyatları, eləcə də şəhər mühitində intensiv döyüş tapşırıqları daxil edilib.
//Samir Qurbanov, Editor.az

