Amerika donanması Hörmüz boğazından keçməyə cəhd edərsə, İran ordusu zərbə endirəcək. “Xəbərdarlıq edirik ki, istənilən xarici hərbi qüvvələr, xüsusən də təcavüzkar ABŞ ordusu, Hörmüz boğazına yaxınlaşmağa və ya girməyə cəhd edərsə, hücuma məruz qalacaqlar.” – İran ordusundan bildirilib. Bəyanatda vurğulanıb ki, ticarət gəmilərinin boğazdan keçməsi su yolunun təhlükəsizliyini təmin edən İran ordusu ilə əlaqələndirilməlidir.
“Bloomberg”in xəbər verdiyi kimi, bazar gününə qədər boğazdan gəmiçilik faktiki olaraq dayandırılıb. Nəşrin məlumatına görə, Hörmüzdən yalnız iki İran ticarət gəmisi keçib. ABŞ prezidenti Donald Tramp məqsədi boğazın açılması olan “Azadlıq Layihəsi” əməliyyatını elan edib.
//Samir Qurbanov, Editor.az

