ABŞ-ın neft-qaz nəhəngi Suriyanın yeni hakimiyyəti ilə müqavilə imzalayan ilk iri Amerika enerji şirkəti ola bilər.
Məlumata görə, şirkət Suriyanın qaz hasilatının artırılması planları çərçivəsində ölkənin enerji sektoruna investisiya imkanlarını nəzərdən keçirir. Rəsmi razılaşma əldə olunarsa, bu, uzun illər davam edən müharibə və sanksiyalardan sonra Suriyanın enerji bazarına daxil olan ilk böyük ABŞ şirkəti olacaq.
Suriya hakimiyyəti ölkənin enerji infrastrukturunu bərpa etməyə və təbii qaz hasilatını artırmağa çalışır. Bu məqsədlə xarici investisiyaların cəlb edilməsi əsas prioritetlərdən biri hesab olunur.
Ekspertlər hesab edirlər ki, ConocoPhillips-in mümkün gəlişi Suriyanın enerji sektoruna beynəlxalq marağın artdığını göstərə bilər. Bununla yanaşı, layihənin reallaşması təhlükəsizlik vəziyyəti, hüquqi prosedurlar və beynəlxalq sanksiyalarla bağlı məsələlərdən də asılı olacaq.
//Samir Qurbanov, Editor.az


