ABŞ Konqresi Ukraynaya yardım məsələsində razılığa çox yaxındırbackend

ABŞ Konqresi Ukraynaya yardım məsələsində razılığa çox yaxındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Meksika ilə cənub sərhədinin təhlükəsizliyinə dair sazişin mətnini razılaşdırıb.

Razılıq ABŞ-ın keçmiş prezidenti Donald Tramp və müttəfiqlərinin danışıqları pozmaq cəhdlərinə baxmayaraq əldə edilib.

Editor.az “The Guardian”a istinadən bildirir ki, Ukraynaya yardımın bərpası bu sənədin qəbulundan asılıdır, çünki əlavə maliyyə tələbləri məhz sərhəd siyasətinə görə qəbul edilmir. Nəşrə görə, sənədin mətni yaxın günlərdə ictimaiyyətə açıqlanmalıdır.

“Konqresdə müzakirə edilən təklif ABŞ-ın cənub sərhədinə gələn rekord sayda insanların miqrasiyasını cilovlamaq üçün immiqrasiya siyasətini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Bu, İsrail və Ukraynaya hərbi yardım üçün Respublikaçıların dəstəyi müqabilində Demokratlardan əhəmiyyətli güzəştləri əhatə edəcək” – nəşr qeyd edir.

Jurnalistlər sövdələşmənin bağlanmamasının qlobal nəticələrə səbəb olacağını yazır. Pentaqon xəbərdarlıq edib ki, Rusiya ilə çətin müharibənin cəbhə xəttində olan ukraynalı əsgərlərin sursatsız qalma riski var. Öz növbəsində, Senat çoxluğunun lideri Çak Şumer bildirib ki, “Ukraynadakı müharibənin gələcəyi” və “Qərb demokratiyamızın təhlükəsizliyi” Konqresin razılıq əldə etməsindən asılıdır.

//Samir Qurbanov, Editor.az