Eldar Mahmudovla bağlı ŞOK MƏLUMAT yayıldı – Elə şeylər üzə çıxdı ki…backend

  Eldar Mahmudovla bağlı ŞOK MƏLUMAT yayıldı – Elə şeylər üzə çıxdı ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmənin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddiası əsasında bir neçə ailənin əlindən alınan “Çıxarış”lı əmlakları ilə bağlı şikayətlərini təmin etməməsi böyük rezonansa səbəb olub.

Xatıladaq ki, bir neçə vətəndaş vicdanlı alıcı kimi pul verib təmir etdirdiyi və bir neçə ildir ki, yaşadıqları evlərindən məhrum edilib.
Bu barədə qərarı isə Ali Məhkəmənin Elşad Şamayev Yaquboviç adlı hakim verib.

NOCOMMENT.az xəbər verir ki, bilə-bilə qanunsuz qərar çıxaran Ali Məhkəmə hakimi Elşad Şamayevin kimliyi haqqında araşdırma apardıq.
Gəldiyimiz nəticə isə sensasion oldu.

Məlum oldu ki, Elşad Şamayev hələ uzun illər əvvəl Eldar Mahmudovun sifarişli işlərini icra edən hakim olub.

Söhbət Eldar Mahmudovun birbaşa göstərişi ilə həbs edilən, sonradan bəraət almış Mətləb Mustafayevin işindən gedir.

 

Mətləb Mustafayev sabiq MTN polkovniki, şöbə rəisinin müavini Malik Mustafayevin qardaşıdır.