Beynəlxalq tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm qaçış təkcə fiziki sağlamlığa deyil, həm də beynin fəaliyyətinə müsbət təsir göstərir. Alimlərin qənaətinə görə, qaçış zamanı beynin müxtəlif nahiyələri arasında əlaqələr güclənir ki, bu da idrak funksiyalarının yaxşılaşmasına kömək edə bilər.
Editor.az-ın xəbər verdiyinə görə, araşdırma göstərib ki, fiziki aktivlik nəticəsində diqqət, yaddaş və qərarvermə proseslərində iştirak edən sinir şəbəkələrinin fəaliyyəti dəyişir. Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər insanın zehni məhsuldarlığını artırmaqla yanaşı, stressin azaldılmasına da müsbət təsir göstərə bilər.
Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr fiziki aktivliyin beynin sağlamlığının qorunmasında mühüm rol oynadığını bir daha təsdiqləyir. Onların fikrincə, müntəzəm qaçış uzunmüddətli perspektivdə koqnitiv funksiyaların dəstəklənməsinə və beyin fəaliyyətinin yaxşılaşdırılmasına töhfə verə bilər.
//Gülnarə Abasova, Editor.az

