Almaniya Aİ-nin yeni büdcəsinin 400 milyard avro azaldılmasını tələb edirbackend

Almaniya Aİ-nin yeni büdcəsinin 400 milyard avro azaldılmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti 2028–2034-cü illəri əhatə edən və həcmi 2 trilyon avro nəzərdə tutulan yeni Avropa İttifaqı büdcəsinin 400 milyard avro azaldılmasını tələb edib.

Editor.az xəbər verir ki, hökumətdaxili sənədə istinadən yaydığı məlumata görə, Berlin təklif olunan büdcəni “həddindən artıq böyük və maliyyə baxımından ağır yük” kimi qiymətləndirir. Bildirilir ki, yeni layihə 2021–2027-ci illər üçün təsdiqlənmiş 1,3 trilyon avroluq büdcədən xeyli yüksəkdir.  

Hesablamalara əsasən, yeni büdcə hazırkı maliyyə çərçivəsindən 27 faiz çoxdur. Bu isə Almaniyanın Aİ büdcəsinə illik töhfəsinin 50 milyard avronu ötməsinə səbəb ola bilər.  

Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilius yeni yeddiillik büdcədə müdafiə xərclərinin 10 dəfə artırılmasının planlaşdırıldığını açıqlamışdı. Layihəyə əsasən, 2028–2034-cü illərdə hərbi xərclərin 131 milyard avroya çatdırılması nəzərdə tutulur. Hazırkı büdcədə isə bu göstərici 13 milyard avro təşkil edir.  

//Gülnarə Abasova, Editor.az