ABŞ-ın NATO müttəfiqlərinin təhlükəsizliyində gələcək rolu ilə bağlı qeyri-müəyyənliyin artdığı bir vaxtda Avropa İttifaqı ölkələri Ukraynanı müdafiə sahəsində əsas tərəfdaşlardan biri kimi görməyə başlayıb.
Forbes nəşrinin yazdığına görə, Rusiyadan gələn təhlükə fonunda Avropa dövlətləri Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirməyə və onu qitənin təhlükəsizlik sisteminin mühüm elementi kimi qiymətləndirməyə çalışırlar.
Nəşr qeyd edir ki, Ukraynanın müasir döyüş təcrübəsi, sürətlə inkişaf edən müdafiə sənayesi və yeni hərbi texnologiyalar sahəsində əldə etdiyi təcrübə Avropa ölkələrinin diqqətini cəlb edir. Bu səbəbdən bir sıra Aİ dövlətləri Kiyevlə daha dərin hərbi əməkdaşlıq və uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı qurmağa maraq göstərir.
//Samir Qurbanov, Editor.az

